![photo](https://www.rekord.az/storage/uploads/5/8dcd6fa8-0679-3bbd-a8c2-ea414ddc45fc-850.jpg)
Kovaçiç tarixə düşdü
- 17 Avq 2023 13:30
- 260
Xorvatiya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Mateo Kovaçiç tarixə düşüb.
Rekord.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Super Kubokunda İspaniya "Sevilya"sına qalib gəlməklə buna nail olub.
Kovaçiç üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniya "Real"ında, 2021-ci ildə isə İngiltərənin "Çelsi" komandasında titula yiyələnib.
Yarımmüdafiəçidən daha çox UEFA Super Kubokunu yalnız Toni Kroos əldə edib. Almaniyalı futbolçu "Bavariya" ilə 1, "Real" ilə 4 dəfə qələbə sevinci yaşayıb.
"Mançester Siti" əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Sevilya"nı məğlub edib - 5:4.