Azərbaycan millisinin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkonun Rusiya MOİK-iylə müqaviləsinin detalları bəlli olub.

 

Rekord.az xəbər verir ki, 47 yaşlı mütəxəssis sport24.az-a açıqlamaısnda "hərbçilər"lə Moskvadan İspaniyaya qış təlim-məşq toplanışına yollandığını açıqlayıb: “Bir neçə gündür ordu klubu ilə AFFA arasında danışıqlar aparıldı. Nəhayət, ortaq məxrəcə gəldik ki, paytaxt klubu ilə anlaşmanın uzadılması hüququ olmaqla bu mövsümün sonunadək müqavilə bağlayaq"

 

Kramarenko onu da bildirdi ki, paralel olaraq millimizdə çalışmağa davam edəcək: “Klubdakı və millidəki işləri birləşdirəcəm. Mənim üçün prioritet nədir? Gizlətməyəcəm, Azərbaycan milli komandası. Bu məsələni AFFA rəhbərliyi ilə və millinin baş məşqçisi Canni de Byazi ilə müzakirə etdik. Belə bir ortaq fikrə gəldik ki, hələ ki klubdakı və millidəki işimi birləşdirəcəm".