"Krasnodar"ın futbolçusu Türkiyəyə gedə bilər
- 11 Noy 2021 13:14
- 453
"Krasnodar"ın yarımmüdafiəçisi Remi Kabella Türkiyəyə yollanmağa hazırlaşır.
Rekord.az xəbər verir ki, "Beşiktaş" fransalını transfer etmək üçün hazırlıqlarını davam etdirir.
"Qara qartal" fransalını qışda transfer etmək istəyir. Futbolçunun rus klubu ilə müqaviləsi isə 2022-ci ildə başa çatacaq.
31 yaşllı futbolçu "Monpelye", "Nyukasl", "Marsel", "Sent-Etyen" klublarında çıxış edib. Fransa millisində 4 oyun keçirmiş Remi 2019-cu ildən "Krasnodar"da çıxış edir.