Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçə 2:0 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu oyun Portuqaliyanın hər iki qolunun müəllifi olan hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub. 

Bununla da, 35 yaşlı futbolçu milli komandanın heyətində 100 qol həddini keçib. Hazırda onun hesabında 101 qol var. Ronaldo millinin heyətində 100 qol həddini keçən ilk avropalı futbolçu kimi tarixə düşüb.

“Yuventus”un üzvü milli komandalarda ən çox qol vuran futbolçuların siyahısında 2-cidir. Birinci pillədə 109 qolla İran millisinin keçmiş futbolçusu Əli Daei qərarlaşıb.