![photo](https://www.rekord.az/storage/uploads/5/3127ea92-2e86-3c3b-9ab9-50c006b35454-850.jpg)
Kristiano Ronaldonun yeni baş məşqçisi bəlli oldu
- 06 İyl 2023 20:45
- 276
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Luis Kastroya həvalə edilib.
Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Əl-Nəsr"də Kristiano Ronaldo və Marselo Brozoviç kimi tanınmış futbolçular çıxış edirlər.