Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatının I divizionunda III tura yekun vurulub.

Rekord.az xəbər verir ki, “Neftçi-2”nin MOİK-lə duelində məhsuldar heç-heçə qeydə alınıb.

Millimizin futbolçusu Anton Krivotsyuk da bu matçın iştirakçısı olub. “Neftçi”nin əsas komandadan əvəzedicilərə göndərdiyi legioner start heyətində meydana çıxıb. Onun nə zaman əsas komandaya qaytarılacağı hələlik məlum deyil.