Krivotsyuklu “Visla” səfərdə uduzdu
- 14 Sen 2021 11:20
- 540
Futbol üzrə Polşa çempionatında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qurnik” (Lençna) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Azərbaycan millisinin üzvü 72-ci dəqiqədə sarı vərəqə də alıb.
“Visla” 7 turdan sonra 7 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.