Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rakuv”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Visla” 6 turdan sonra 7 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.