Futbol üzrə Polşa çempionatında 33-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krakoviya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Plotsk “Visla”sı 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.