Krivotsyukun komandası evdə uduzdu
- 11 Noy 2023 17:10
- 243
Futbol üzrə Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Qanqvon”la qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Daejeon” hazırda 47 xalla 8-ci pillədə qərarlaşıb.