![photo](https://www.rekord.az/storage/uploads/5/anton-krivotsyukk-1.jpg)
Krivotsyukun komandası evdə xal itirdi
- 09 İyl 2023 23:33
- 260
Futbol üzrə Cənubi Koreya çempionatında 21-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü 59-cu dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 29 xalla 6-cı pillədə qərarlaşıb.