![photo](https://rekord.az/uploads/5/anton-krivotsyukk-1-600x300.jpg)
Krivotsyukun komandası mövsümü 8-ci pillədə başa vurdu
- 2023-12-03 15:00
- 254
Futbol üzrə Cənubi Koreya çempionatında mövsümə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da mövsümdəki son matçına çıxıb.
Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda “Seul”la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qaldığı bu görüşün 44-cü dəqiqəsində sarı vərəqə də alıb.
“Daejeon” mövsümü 51 xalla 8-ci pillədə başa vurub.