![photo](https://www.rekord.az/storage/uploads/5/anton-krivotsyukk-1.jpg)
Krivotsyukun komandası onun yoxluğunda xal itirdi
- 12 İyl 2023 21:00
- 251
Futbol üzrə Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Jeonbuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Anton bu görüşün iştirakçısı olmayıb. Cəzalı olan futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Daejeon” hazırda 30 xalla 6-cı pillədə qərarlaşıb.