
Krivotsyukun komandası səfərdən 1 xalla qayıtdı
- 01 İyl 2023 21:34
- 291
Futbol üzrə Cənubi Koreya çempionatında 20-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Seul”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü 64-cü dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 28 xalla 6-cı pillədə qərarlaşıb.