Futbol üzrə Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İnçeon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Daejeon” hazırda 30 xalla 7-ci pillədə qərarlaşıb.