Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qurnik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Visla” 10 turdan sonra 10 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.