Krivotsyukun komandasına 1 qol bəs etdi
- 27 Okt 2024 16:00
- 98
Futbol üzrə Cənubi Koreya çempionatında 35-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Daequ” ilə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Daejeon” hazırda 41 xalla 9-cu pillədə qərarlaşıb.