Slovakiyada təlim-məşq toplanışında olan Polşanın “Visla” komandası növbəti yoxlama matçına çıxıb.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk təmsilçisi ikinci sınaq matçında yerli “Tatran”la qarşılaşıb.

8 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 4:4. Anton bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, “Visla” Krivotsyukun da iştirakçısı olduğu ilk sınaq matçında Slovakiyanın digər klubu “Jilina”ya 0:4 hesabıyla uduzmuşdu. Futbolçumuzun komandası növbəti yoxlama oyununda “Jeleziarne” ilə qarşılaşacaq.