Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” evdə “Qanqvon”la qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.


Krivotsyuk bu qarşılaşmada 90 dəqiqə meydanda olub.


10 turdan sonra aktivində 23 xal olan “Daejeon” turnir cədvəlinin zirvəsində qərarlaşıb.