Krneta yenidən "Zirə"də: 6 ay + 1 illik müqavilə
- 2020-01-17 13:00
- 1325
Sabiq futbolçusu Yovan Krneta yenidən "Zirə"yə dönüb.
Rekord.az xəbər verir ki, klubun Antalyadakı düşərgəsinə gələn futbolçu ilə rəsmi razılıq əldə olunub.
Onunla ilkin olaraq 6 ay +1 il müddətində müqavilə bağlanıb. Əgər mövsümün sonuna kimi özünü doğrultsa, müqavilənin növbəti 1 illik hissəsi də qüvvəyə minəcək.