
Kubok matçında zədələndi, "Neftçi"yə qarşı oynamaq şansını itirdi
- 25 Noy 2022 14:00
- 498
Ölkə kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi MOİK-i mübarizədən kənarlaşdıran "Səbail" eyni zamanda ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Bayıl təmsilçisi legioneri Emil Martinovu itirib.
Ayağından ciddi zədə alan futbolçu "Neftçi" ilə növbəti tur matçında forma geyinə bilməyəcək.