![photo](https://www.rekord.az/storage/uploads/5/cavid-huseynov-1.jpg)
“Kubok oyunu olmasaydı...” – Cavid Hüseynov
- 11 Fev 2025 21:21
- 38
“Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasında 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyəti belə şərh edib:
“İki dəfə ardıcıl “Qarabağ”la qarşılaşdıq. Bu, bizim kimi komanda üçün çox çətin oldu. İlk 65 dəqiqəni yaxşı oynadıq. Ancaq heyətimiz kasaddır. Kubok oyununun təsiri oldu ki, biz bu mübarizəni 90 dəqiqəyə kimi gətirib çıxara bilmədik. Kubok oyunu olmasaydı, daha yaxşı çıxış edərdik”.