
“Kuboku qazanmaq istəyirik” – “Gəncə”nin baş məşqçisi
- 29 Mar 2025 12:30
- 105
“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan kubokunu yarımfinalında qarşılaşdıqları "Naxçıvan"la oyunla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb.
Rekord.az xəbər verir ki, o, komandasının 86:80 hesablı qələbəsi barədə bunları söyləyib:
"Rəqibi mübarizə əzminə görə təbrik edirəm. "Naxçıvan"nın baş məşqçisi çempionatda təcrübəlilərdəndir. Böyük hədəflər üçün mübarizə aparmağa alışmış mütəxəssisdir. Belə bir rəqibə qalib gəldiyimizə görə sevincliyik. Komandamı təbrik edirəm. Meydançaya daxil olan bütün oyunçularımız möhtəşəm oyun göstərdilər. Əvvəlcədən danışdığımız planları reallaşdıra bildik. Qələbəmiz Gəncəyə, azarkeşlərə ərmağan olsun. Növbəti matçımız finaldır. İnşallah, kuboku qazanmaq istəyirik".
“Gəncə” martın 30-da baş tutacaq final görüşündə NTD ilə qarşılaşacaq.