
“Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik” - Berezutski
- 23 Apr 2025 22:45
- 36
“Sabah” Azərbaycan kubokunun yarımfinalının cavab matçında bu gün “Neftçi”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Rusiyalı çalışdırıcı futbolçularına təşəkkür edib:
“Birinci hissə demək olar ki, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyunçularıma təşəkkür edirəm. İkinci hissədə qalibiyyətə daha yaxın olan tərəf biz idik. Ümumi götürəndə, iki oyunun nəticəsinə əsasən mərhələni keçdik, buna görə uşaqlara “əhsən” deyirəm, xarakter göstərdilər.
Əvvəlki oyunlarda da çox qol şanslarımız olub, yararlana bilməmişik. Biz bunun üzərində işləyirik. Əlbəttə, bu asan deyil. Bu, konsentrasiya, yorğunluqla bağlı məsələdir.
Bizə titulu qazanmaq üçün bir addım qalıb. Bu, prestijdir. Əlimizdən gələni edəcəyik ki, bu kuboku qazanaq.
Dörd gündən sonrakı qarşılaşmamızda rotasiyalar edəcəyik. Dörd gündən bir oyuna çıxırıq. Amma final görüşündə əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
İkinci hissədə dominantlıq edən tərəf biz idik. Qol fürsətlərimiz oldu, yararlana bilmədik. Önəmli olan finala vəsiqə qazanmağımız idi.
Çempionatın hər oyunu bizim üçün önəmlidir. Hər oyuna final kimi baxırıq. Çalışacağıq ki, bütün matçlarda qələbə qazanaq”.
Yarımfinalın ilk matçında 2:1 hesabı ilə qalib gələn “Sabah” iki oyunun nəticəsinə əsasən (3:2) finala vəsiqə qazanıb. “Bayquşlar” finalda “Qarabağ”la qarşılaşacaq.