Kubokun 1/8 final oyunlarına görə “Turan Tovuz”la “Kəpəz”ə sərt cəza
- 28 Dek 2023 16:30
- 350
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” - “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilib.
“İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib.
“Zirə” – “Turan Tovuz” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.
“Zirə” – “Turan Tovuz” oyununun 10-cu dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” klubu tərəfindən ödənilsin.