Kubokun final matçı ilə bağlı qərar dəyişdi
- 17 May 2021 18:45
- 555
Futbol üzrə Türkiyə kubokunun “Antalyaspor” ilə “Beşiktaş” komandaları arasında keçiriləcək final matçına azarkeşlər buraxılmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə “Antalyaspor” klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, həlledici oyunun azarkeşsiz keçiriləcəyi bildirilib.
Daha əvvəl Türkiyə Futbol Federasiyası kubokun final matçına azarkeşlərin buraxılacağını açıqlamışdı.
Mayın 18-də keçiriləcək “Beşiktaş” – “Antalyaspor” matçı saat 21:45-də start götürəcək.