Kubokun final matçı partlayıcı maddəyə görə təxirə salındı
- 22 İyl 2020 17:41
- 501
Futbol üzrə Yunanıstan kubokunun “Olimpiakos”la AEK arasında iyulun 26-da keçirilməli olan final matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Finalın təxirə salınmasına səbəb, matçın keçiriləcəyi Afinadakı “Georgios Kamaras” stadionu yaxınlığında partlayıcı maddə tapılması olub. Finalın təşkilatçıları təhlükəsizliyə zəmanət verə bilmədikləri üçün oyun təxirə salınıb.
Final matçının yeni tarixi yaxın zamanda açıqlanacaq.