Futbol üzrə Danimarka Kubokunun final matçı keçirilib.

Rekord.az xəbər verir ki, həlledici oyunda “Olborq" və "Sönneryüsk" komandaları üz-üzə gəlib.

Final matçı qalmaqalsız ötüşməyib. Oyun təxminən 15 dəqiqəlik dayandırılıb. Buna azarkeşlərin sosial məsafə qaydalarını pozmaları səbəb olub. 30-cu dəqiqədə baş hakim Yurgen Burhardt matçı saxlayıb. Çünki "Olborq" fanatları koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyib. Nəticədə bəzi azarkeşlər stadiondan çıxarılıb və qarşılaşmanı sonadək 1250 fanat izləyəsi olub. 

Qeyd edək ki, matç "Sönneryüsk"ün 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, 2004-cü ildə yaranmış klubun tarixində ilk ölkə kubokudur.