Yəqin ki, bu mövsüm ölkə kubokunun finalı Bakıda baş tutacaq.

Rekord.az-a daxil olan məlumata görə, bəzi səbəbləri, xüsusilə də pandemiyanı nəzərə alan AFFA ilə PFL finalın bölgədə keçirilməsini məqsədəuyğun hesab etməyib.

Oyunun paytaxdakı hansı stadionda keçiriləcəyinə isə aprelə kimi qərar veriləcək.