Futbol üzrə Azərbaycan Kubokunun final oyununa bütün təyinatlar müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Keşlə” və “Sumqayıt” komandaları arasında keçiriləcək həlledici matçı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, kubokun final matçı mayın 24-də “Bank Respublika Arena”da baş tutacaq.

Azərbaycan kuboku
Final

24 may

19:30. Keşlə - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Masazır. “Bank Respublika Arena”.