Çininin “Şandun Lunen” klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Şandun Lunen”in Asiya Çempionlar Liqasından çıxarılmasına səbəb klubun maliyyə feyr-pleyi qaydalarını pozması olub.

Ötən il Çin Federasiya kubokunu qazanaraq, turnirdə iştirak etmək hüququ qazanan “Şandun Lunen”in əvəzinə apreldə başlayacaq yeni mövsümə başqa bir komanda qatılacaq.