Ötən həftə ölkədə hökm sürmüş qeyri-sabit və küləkli hava "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"ya ciddi ziyan vurub.

 

Rekord.az xəbər verir ki, güclü külək ehtiyat meydançanın dəmir hasarını uçurub.

 

Bu isə əsas komandanın həmin meydançada məşq planlarını pozub. İşə müdaxilə edən klub rəhbərliyi isə hadisə yerinə ustaları cəlb edib və 2 gündən sonra problem yoluna qoyulub. Bütün bu işlər isə klubu 1500-2000 manat geri atıb.