"Barselona"nın baş məşqçisi Ronald Kuman klub prezidenti Joan Laporta ilə görüşməsindən danışıb.

Rekord.az xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:

"Mövsümün sonu müxtəlif məqamları müzakirə etmək üçün əlverişli zamandır. İclasın təfərrüatlarını açıqlamayacağam. Mən "Barselona"da qalmaq  istəyirəm. Xoşbəxtəm və inkişaf üçün çox imkan görürəm. Fikrimcə, müsbət tərəflər çoxdur. Amma son söz Laportanın olacaq".

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 76 xalla 3-cüdür. Komanda lider "Atletiko"dan 4 xal geri qalır.