Kuman bu dəfə qovulmasından danışdı
- 30 Apr 2021 13:41
- 561
"Barselona"nın baş məşqçisi Ronald Kuman La Liqanın 33-cü turunda Qranada ilə matçın (1: 2) 66-cı dəqiqəsində texniki zonadan kənarlaşdırılmasına münasibət bildirib.
Rekord.az "AS"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ona niyə qırmızı vərəqə göstərdiklərini başa düşmədiyini deyib: "Baş hakimin dediyinə görə ehtiyat hakimlə hörmətsiz davrandım. Onun haqqında pis bir şey demədim, təhqir etmədim. Mənə qırmızı vərəqə göstərmələri inanılmazdır. Bəlkə də hakim sadəcə axşamın ulduzu olmaq istədi, buna görə ona təşəkkür edirəm.
Bilmirəm, nə yazacaqlar. Ancaq demədiyim bir şeyi göstərsələr, nəsə etməli olacağam".
Kuman ən azı iki oyunluq diskvalifikasiya ediləcək. Belə olacağı halda, o, "Valensiya" və "Atletiko" (Madrid) ilə görüşləri buraxacaq.