“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçirəcəkləri matçdan əvvəl Paris təmsilçisinin futbolçusu Neymarın zədəli olmasından danışıb.

Rekord.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Fransa kubokunun 1/32 finalında “Kan”la görüşdə (1:0) zədələnən braziliyalı hücumçu ilə bağlı bunları deyib:

“Neymar, Messi, Ronaldo kimi oyunçuları qorumalıyıq. Çünki onlar bizə sevinc bəxş edirlər. Hakimlər də onları qorumalıdır. Amma futbolda təmaslar olur.

Ən yaxşı matçlar zamanı ən yaxşı futbolçuların hamısı meydanda olmalıdır. PSJ-nin onsuz necə oynayacağı bəlli deyil. Hər iki komandanın ciddi itkiləri var. Ümid edirəm ki, hər kəs iki həftədə oynaya biləcək”.