Kuman özünü təriflədi
- 14 Sen 2021 13:19
- 499
“Barselona”nın baş məşqçisi Ronald Kuman komandadakı missiyası haqda danışıb.
Rekord.az xəbər verir ki, Kuman Laporta ilə söhbətin detallarına da varıb.
O, özünü tərifləməyi də unutmayıb:
“Laporta ilə münasibətlərim yaxşılaşdı. Amma keçən həftə bir hadisə oldu ki, bunun səhv olduğunu düşünürəm. O təklif etdi ki, məşqçi bütün səlahiyyətlərə sahib olmasın.
Laporta həddində artıq çox danışdı. Əgər həm sizin, həm də klubun baş məşqçi ilə bağlı aydın strategiyası yoxdursa, onda spekulyasiya başlayır. Təbii ki, belə hal da məşqçinin xoşuna gəlmir.
“Barselona”da işimi davam etdirməyə hazıram. Burada özümü yaxşı hiss edirəm. Mənim sayəmdə bu klubun gələcəyi var”.