Kuman püşkü dəyərləndirdi
- 15 Dek 2020 14:21
- 702
"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.
Rekord.az xəbər verir ki, o, PSJ-yə rəqib olmaqları ilə bağlı deyib:
"Bizim üçün çətin püşk olacağını bilirdik. Şansların 50-50-yə olduğunu düşünürəm. PSJ-də bizim kimi qələbə qazanmaq istəyən, Çempionlar Liqasında mübarizəni davam etdirməli bir komandadır. Buna görə komandaların şansları bərabər olacaq".
"Barselona" ilə PSJ arasında ilk matçda fevralın 16-ı, cavab görüşü isə martın 10-u keçiriləcək.