"Barselona"nın baş məşqçisi Ronald Kuman  klubun "Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haalandla müqavilə imzalayacağı barədə məlumatı şərh edib.

Rekord.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Bu və növbəti mövsümlərlə bağlı klub prezidenti ilə görüşdük. Haalanda gəlincə, futbolçularımızdan danışmayacağam. Bir ulduz oyunçu ilə müqaviə imzalanıb-imzalanmayacağını da bilmirəm. Prezident klubun iqtisadi vəziyyətini bilir".

Qeyd edək ki, bundan əvvəl Haaland atası və agentinin "Barselona" nümayəndələri ilə görüşdüyü xəbərləri yayılıb.