"Barselona"nın baş məşqçisi Ronald Kuman komandasının durumu və klubun yeni rəhbərliyi barədə danışıb.

Rekord.az xəbər verir ki, 57 yaşlı mütəxəssis deyib:

"Yeni rəhbərlikdən dəstək hiss edirik. Onlar da çox xoşbəxtdirlər. Komandaya gəldikdə isə, noyabr ayında inanmazdıq ki, İspaniya kubokunu qazanmağımıza bir matç qalacaq.

Qələbə üçün mübarizə aparacağımızı xəyal edə bilmirdik. Biz çalışırıq. Qalib gəlməyə davam etməliyik. Laportanın dediyi kimi, inam var. İndi həm məşqçilər, həm də futbolçular özlərini göstərməlidirlər".

"Barselona" aprelin 17-si İsoaniya kubokunun finalında "Atletik"lə üz-üzə gələcək.