"Barselona"da məşqçilər korpusunda yer alan Henrik Larsson Kataloniya klubunu tərk edib.

Rekord.az As nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Ronald Kumanın istefaya göndərilməsindən sonra Larsson da komandada qalmaq istəməyib.

Keçmiş hücumçu bununla bağlı açıqlamasında deyib: "Barselona"dakı işim başa çatdı və bununla bağlı nəsə demək istəmirəm. Gələcəyim haqda sonra danışaram".

Qeyd edək ki, Kuman 2020-ci ilin avqustunda Larssonu komandaya dəvət etmişdi. O, hücumçularla çalışırdı. İsveçli veteran forvard 2004-2006-cı illərdə "Barselona"da çıxış edib və 62 oyuna 22 qol vurub.