![photo](https://www.rekord.az/storage/uploads/4/naqelsman-1.jpg)
Kumanın yerinə Naqelsmann?
- 13 Mar 2021 15:42
- 647
"Barselona"nın baş məşqçisi Ronald Kuman bu mövsümün sonu Kataloniya klubunu tərk edə bilər.
Rekord.az "Cadena Ser"ə istinadən xəbər verir ki, bu, komanda La Liqa çempionu olmayacağı təqdirdə, baş verəcək.
Bildirilib ki, "Barselona"nın yeni prezidenti Joan Laporta "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmannanı niderlandlı mütəxəssisin əsas əvəzləyicisi hesab edir. Laporta Kumana hörmət edir, lakin 33 yaşlı çalışdırıcının Kataloniya təmsilçisinin başında daha yaxşı nəticələr əldə edə biləcəyinə inanır. Eyni zamanda komanda bu mövsüm İspaniya çempionu olarsa, Kuman "Barselona"da qala bilər.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis ötən ilin avqustundan Kataloniya klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda La Liqada 26 oyundan sonra 2-ci pillədədir. "Barselona" lider "Atletiko"dan 6 xal geri qalır.