Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda keçirdiyi ilk oyunda qələbə qazanıb.

Rekord.az xəbər verir ki, 2-ci mərhələdən yarışa qoşulan təmsilçimiz Kiprin “Parnassos Strovolu” komandası ilə üz-üzə gəlib.

Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin 35:31 hesablı qələbəsi ilə bitib.

Komandalar arasında cavab matçı da sabah Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.