Kişi həndbolçular arasında Azərbaycan çempionatında 7-ci turun daha bir oyunu baş tutub.


Rekord.az xəbər verir ki, "Kür" doğma meydanda "Azəryol"la üz-üzə gəlib.


Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 32:23.


İki oyun az keçirən "Kür" xallarının sayını 10-a çatdırıb və hazırda ikinci pillədə qərarlaşıb. Yeddi matçdan sonra eyni xala malik olan "Azəryol" üçüncüdür.