Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib.

Rekoes.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə gəlib.

Qarşılaşma "Kür"ün qələbəsi ilə bitib - 31:22. Bu qələbə ilə xal ehtiyatını 28-ə çatdıran Mingəçevir təmsilçisi çempionluq yolunda daha bir inamlı addım atıb.

Daha bir maraqlı qarşılaşma “Bakı” və “Qarabağ” komandaları arasında baş tutub. Oyun paytaxt klubunun qəlibiyyəti ilə bitib - 30:23.

Hesabına 26-cı xalı yazdıran “Bakı” çempionluq uğrunda mübarizəni davam etdirir.