Kurban Berdıyev: "Legioner limitinin ləğvi uşaq və yeniyetmə futbolunu öldürəcək" MÜSAHİBƏ
- 20:30
- 48
"Turan-Tovuz"un baş məşqçisi Kurban Berdıyev klubu rəsmi saytına müsahibə verib. "Rekord.az" onu sizə təqdim edir:
- Kurban Bekiyeviç,
komandanın çempionatın ilk yarısındakı çıxışını necə dəyərləndirirsiz?
- Ümumi götürsək, nəticədən məmnunluq var. Mövsümün əvvəlində
kimsə desəydi ki, ilk yarını 3-cü pillədə yekunlaşdıracağıq, bu qədər xal
toplayacağıq, bu fikirdən razı qalardıq və məmnun olardıq. Ancaq bəzi oyunlar
oldu ki, daha yaxşı oynayıb qələbə qazana bilərdik və tam razı qalardıq.
- Hazırda toplanış davam edir. Proses tələb və istəkləriniz
nə dərəcədə cavab verir?
- Bəli, yaxşı şərait yaradılıb və hava da əlverişlidir. Təlim-məşq
toplanışıplan uyğun və kifayət qədər yaxşı keçir.
- Komandamıza yeni futbolçular cəlb olunub. Onlar haqda nə
deyə bilərsiz?
- Fikirləşirəm ki, bu uşaqlar birmənalı şəkildə kömək edəcəklər.
Həm Rəhim, həm də Orxan kollektivə tez uyğunlaşa bilən futbolçulardır. Bu da
olduqca vacib məqamdır. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı
hazırlaşırlar.
- Premyer Liqada legioner limitinin mümkün ləğvi barədə
sizin fikirləriniz necədir?
- Bu olduqca ciddi sualdır. Mən bu məqamla tez-tez
rastlaşmışam. Limitlə bağlı danışırıqsa, onu demək lazımdır ki, bunun üçün
strateji yönləndirmə lazımdır. Azərbaycan futbolunun yaxın 5-7 ildə inkişaf mərhələsi,
planı dəqiq bilmirəm hansı istiqamətdədir. Bu məsələdə vacib olan məqam təsadüfi
yox, mərhələli şəkildə iş aparılmasıdır. Bu plan mərhələli inkişaf üçün nəzərdə
tutulubsa, bu başqa məsələ. Yox bu məsələ təsadüfi, spontan şəkildə yaranıbsa,
ondan nəsə demək çətindir. Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim
akademiyalar nə işə yarayır? Onda bizim uşaqlar, indi çıxış edən futbolçular
harda oynayacaqlar? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli
komandasının strateji xəttini ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də
təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi? Çünki
uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda
ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə
olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək. Sözsüz, bir çox azərbaycanlı
futbolçu harasa getmək məcburiyyətində qalacaq. Bilmirəm, çətin sualdır. Amma mən
birmənalı olaraq buna qarşıyam.
- Sonda azarkeşlərimizə nəsə demək istəyirsizmi?
- Bizim azarkeşlərimiz inanılmaz insanlardır. Komandanın arxasınca hər yerə gedirlər. Hətta uğursuz çıxış edəndə belə tam dəstəklərini nümayiş etdirirlər. Buna görə də klub adından, futbolçular adından onlara təşəkkür düşür. Çətin anlarda göstərdikləri səbr nəyə desən, dəyər. İnşallah, ümid edirəm ki, mövsümün sonunda onları məyus etməyəcəyik.