Kurban Berdıyev Mahaçqala "Dinamo"sunun baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə Rusıya 1-ci liqasında mübarizə aparan bu klubun mətbuat xidməti məlumat yayıb.

70 yaşlı mütəxəssis klubla müqaviləsi başa çatan Qoran Aleksiçi əvəzləyib.

Xatırladaq ki, Berdıyevin son klubu bu ilin aprelində tərk etdiyi "Soçi" olub.