Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursantları arasında 1 İyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Gününə" həsr olunmuş Xüsusi məktəbin kursantları arasında üzgüçülük yarışı üzrə turnir təşkil olunmuşdur.

Rekord.az xəbər verir ki, iyunun 1-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin və Xəzər Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xüsusi məktəbin kursantları arasında üzgüçülük hovuzunda yarış keçirilmişdir.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, həmçinin Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin rəisi, Polkovnik Asif Muradov, həmçinin Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İdarənin əməkdaşları və kursantlar iştirak ediblər. Öncədən təyin olunmuş normativləri yerinə yetirən kursantlara isə Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.