Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin qrup mərhələsində Kanada ilə oyunda (1:0) dəf etdiyi penalti zərbəsi barədə danışıb.

Rekord.az xəbər verir ki, o, Kanada millisinin üzvü Alfonso Deyvisin penalti zərbəsini hara vuracağını əvvəldən bildiyini söyləyib:

“Dünya çempionatının ilk oyunları çox vaxt çətin və gərgin keçir. Qrupda bütün komandalar yaxşıdır. Biz liderik. Növbəti matçda qalib gəlsək, pley-off mərhələsinə vəsiqə qazanacağıq. Kanadalıların təzyiqi bizi təəccübləndirdi.

Penalti? Deyvisin sağ küncdən zərbə vuracağını bilirdim. Ona görə də, o tərəfi seçdim. Milli komandada ilk dəfə penaltini zərərsizləşdirdim”.

F qrupuna 3 xalla Belçika millisi başçılıq edir. 1 xalı olan Mərakeş ikinci, Xorvatiya isə üçüncüdür. Kanada isə sonuncu pillədə qərarlaşıb.