"Real"ın qapıçısı Tibo Kurtua yenidən zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Uzun müddətdir zədədən əziyyət çəkən və meydana qayıtmağa hazırlaşan belçikalı qolkiperin sağ dizində menisk yırtığı yaranıb.

31 yaşlı qapıçının ən azı 2 ay məşqlərdən uzaq qalacağı, mövsümü erkən bitirdiyi bildirilib.

Xatırladaq ki, Kurtua zədə səbəbindən ötən ilin avqustundan meydana çıxmayıb.