Küveytdə çıxış edən futbolçumuz gələcəyi ilə bağlı açıqlama verdi
- 08 May 2020 16:20
- 604
Mövsümün sonunda "Əl-Salmiyə" ilə müqaviləsi başa çatacaq Kamal Mirəzyev sportal.az-a açıqlamasında gələcək karyerasından danışıb.
Rekord.az xəbər verir ki, ötən yay "Qəbələ"dən Küveyt klubuna keçən 25 yaşlı yarımmüdafiəçi çempionat uzun müddət təxirə salındığı üçün futbolçulara komandadan rahat ayrılamaları üçün şərait yaradılacağını deyib:
"Hər kəsi kluba dəvət etdilər. Ehtimal var ki, çempionat avqustdan dekabradək davam etdirilsin. Bildirdilər ki, kimə təklif gəlsə, klub çətinlik yaratmayacaq. Əcnəbi futbolçulara xaricdən və ya ölkələrindən təklif gəlsə, ayrılmağa imkan yaradacaqlar. Müqavilələrə belə bənd saldılar.
Hətta burada dekabra qədər futbolun olmaması mümkündür. Müqaviləmin yeni bəndində yazılıb ki, başqa klubdan təklif alsam, "Əl Salmiyə" mənə çətinlik yaratmayacaq. Ancaq böyük klubdan təklif gəlsə, klub transferdən qazanc götürməyə çalışacaq".